İÇİNDƏ

On səkkiz min aləm, yetmiş iki dil,
Ülfət qılır bir bazarın içində.
Kimi ətlaz geyir, tirmə qurşayır,
Kimi üryan gəzir qarın içində.

Qafılsan, işindən tapmayıbsan baş,
Üz döndərər səndən qohum, yar, yoldaş.
Torpaq soyuq, bədən üryan, kəfən yaş,
Tək qalarsan dar məzarın içində!

Demək nə lazımdı, özün bilirsən,
Bir gün yaranırsan, bir gün ölürsən,
Arsız-qəmsiz nə gününə gülürsən?
Yandırarlar səni narın içində!

Ələsgər söyləsin, sən mətləbi qan,
Belə qərar qoyub Qadiri-Sübhan:
Unutma ilgarı, itirmə iman,
İman durar düz ilgarın içində!..


* * * * * * * * * *


İÇİNDE

On sekiz bin alem, yetmiş iki dil,
Kaynaşır bir pazarın içinde.
Kimi atlas giyer kendini kandırır,
Kimi çıplak gezer karın içinde.

Gafilsin, işinden bulmuyorsun baş,
Yüz çevirir sana, akraba, yar, yoldaş,
Toprak cılız, beden çıplak, kefen çürük,
Yalnız kalacaksın dar mezarın içinde!

Ne söylemek lazım, sen bilirsin,
Bir gün yaranırsın, bir gün ölürsün.
Arsız ve gamsız günlerine gülersin
Ama yandırırlar seni ateşin içinde!

Alesker söylesin, sen önemini anla,
Böyle karar vermiş yüce Mevla:
Unutma sözünü, yitirme imanını,
İman durur doğru söz içinde!..